Sumqayıtda bina yandı: 30 sakin təxliyə olundu

Sumqayıtda bina yandı: 30 sakin təxliyə olundu
SOSİAL
10:09 03.04.2017
2485
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.
 
AZXEBER.COM-un FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib.
 
Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
OXŞAR XƏBƏRLƏR