Sumqayıtda bir nəfər dənizdə boğulub

Sumqayıtda bir nəfər dənizdə boğulub
SOSİAL
20:41 14.08.2021
370

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev” sularda xilasetmə məntəqəsindən təxminən dörd km aralı, nəzarətsiz ərazi) bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR