Sumqayıtda bu ərazidə qaz olmayacaq

Sumqayıtda bu ərazidə qaz olmayacaq
SOSİAL
23:05 03.03.2026
307
Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

Bildirilib ki, d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsilə əlaqədar 04.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.

"Qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1600 istehlakçının qaz təchizatında fasilə yarancaqdır”, - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR