Dünən 21:30 radələrində Sumqayıtda dəhşətli yol qəzası baş verib.
Şəhərin giriş hissəsində iki avtomobil doqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər həyatlarını itiriblər.
Onlardan 3-ü qadın, biri kişidir.
Məlumata görə, sürücülərdən biri - Emil adlı şəxs Sumqayıt şəhər yol polisinin əməkdaşı olub. Onun idarə etdiyi avtomobildə özündən başqa bir xanım da olub və o da dünyasını dəyişib.
///AzNews.az