Sumqayıtda fəhlə iş yerində qətlə yetirildi

Sumqayıtda fəhlə iş yerində qətlə yetirildi
SOSİAL
22:28 24.04.2019
7349
Sumqayıtda qətl hadisəsi törədilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR