Sumqayıtda avtomobil qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda "Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq "Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən "Araz” marketə daxil olduğu görünür.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sosial şəbəkələrdə yayılan iddialara görə avtomobili qadın sürücü idarə edib.
Həmin görüntüləri təqdim edirik: