Sumqayıtda ilin ilk körpəsi - FOTO

Sumqayıtda ilin ilk körpəsi - FOTO
SOSİAL
21:59 01.01.2024
301
Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, 2024-cü il yanvarın 1-də saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 santimetr, çəkisi 2 kiloqram 400 qram olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Hazırda ananın və yeni doğulanın vəziyyəti stabildir.
OXŞAR XƏBƏRLƏR