Sumqayıtda kütləvi dava - Üç qardaş yaralandı

Sumqayıtda kütləvi dava - Üç qardaş yaralandı
SOSİAL
13:20 25.10.2016
1323
Sumqayıt şəhərində kütləvi dava olub.

Dava zamanı 23 yaşlı Nəbi Qarayevə 3 bıçaq zərbəsi vurulub.

Onun qardaşları 29 yaşlı Miri Qarayev və 22 yaşlı İmran Qarayev naməlum şəxslər tərəfindən döyülüb.

Hər üç qardaş Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Qarayevin vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 
//"Report
OXŞAR XƏBƏRLƏR