Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxılmayıb.
"Artıq dözə bilmirik. Ailəmiz 5 nəfərdən ibarətdir, iki uşağımız xəstədir. Beş nəfər bir balaca otaqda yaşayırıq. Buna niyə bir əncam tapılmır? Deyirlər ki, köçürüləcəksiniz, amma ortada heç nə yoxdur. Gözləyə-gözləyə qalmışıq. Orucluq ayı girən kimi bina uçub-tökülməyə başladı", - sakinlərdən biri deyib.
Digər sakin isə bildirib:
"1977-ci ildən bu yataqxanada yaşayıram. Şəraiti yoxdur, hər gün başımıza uçub-tökülür, baxan yoxdur".
Məsələ ilə bağlı yataqxananın komendantı Fazil Hacıyev açıqlama verib. O bildirib ki, ərazi plana düşüb:
"Oradakı binalar söküləcək və yerində yeni binalar tikiləcək. Sakinlərə isə müvafiq qaydada kompensasiya ödəniləcək".










































