Sumqayıtda məscidin nəzir qutusundan pul oğurlandı - Oğrunun digər "qəhrəmanlıq"ları üzə çıxdı?

Sumqayıtda məscidin nəzir qutusundan pul oğurlandı - Oğrunun digər "qəhrəmanlıq"ları üzə çıxdı?
SOSİAL
12:32 19.12.2018
2955
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki "Cümə" məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə  məhkum olunduğu müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR