Sumqayıtda “Gənc Muğamsevərlər” musiqi festivalı keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq.Layihənin icraçısı Eyvaz Qocayevin verdiyi məlumata görə, oktyabr ayının sonlarında Sumqayıt və Bakı şəhərində yaşayan gənc muğam ifaçıları bir araya gələcək. Onlar Sumqayıt şəhərində keçiriləcək muğam festivalında iştirak edəcək.Layihənin məqsədi istedadlı gənc muğam ifaçılarını seçərək üzə çıxartmaq, onları bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaqdır.