Sumqayıtda müəllim yıxılaraq xəsarət alıb - Məktəbdə təmir işlərinə kömək edirdi

Sumqayıtda müəllim yıxılaraq xəsarət alıb - Məktəbdə təmir işlərinə kömək edirdi
SOSİAL
15:13 08.08.2018
3558
Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin 21 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR