Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı
HADİSƏ
22:04 12.05.2025
451
Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.
 
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR