Sumqayıtda oğul atasını və qardaşını döydü

Sumqayıtda oğul atasını və qardaşını döydü
SOSİAL
10:17 09.04.2018
4099
Sumqayıtda döyülmə hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Şərifov İmran Şərif oğlu və atası, 1947-ci il təvəllüdlü Şərifov Şərif Bəhram oğlu ailə münaqişəsi zəminində 1970-ci il təvəllüdlü Şərifov Kənan Şərif oğlu tərəfindən döyülüblər. Qeyd edək ki, K.Şərifov ailənin digər övladıdır.

Yaralıların sözlərinə görə, K.Şərifov atasına və qardaşına güldan və bellə ağır xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.

Hadisədən sonra K.Şərifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR