Sumqayıtda polisi yerlə sürüyən gənci siz də tanıyın
13:40 02.03.2013
2449
Bir həftə əvvəl Sumqayıtda Dövlət Yol Polisi müfəttişini avtomobillə camaatın gözü önündə sürüyən sürücünün şəxsiyyəti artıq müəyyən edilib. Bu barədə Trend-ə Sumqayıt Şəhər Prokurorluğundan bildirilib. Prokurorluqdan verilən xəbərə görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilsə də, hazırda istintaq tədbirləri davam etdiyindən onun adı açıqlanmır.Xatırladaq ki, fevralın 22-də 11:20 radələrində Sumqayıt səhərində Mitsubishi Outlander markalı "90-BJ-935" dovlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospektində növbətçi mağazanın qarşısında Dövlət Yol Polisi müfəttişinin əlini avtomobilin pəncərəsininin arasında goyaraq onu camaatın gözü önündə 20-30 metr sürüyüb. Əlini pəncərədən zorla çıxardan polis əməkdaşı yolun hərəkət istiqamətində yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.