Sumqayıtda qadın meyiti tapılıb

Sumqayıtda qadın meyiti tapılıb
SOSİAL
16:56 07.08.2017
1042
Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.
 
AZXEBER.COM xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.
 
Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.
 
Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR