Sumqayıtda iki uşaq anası özünü binadan atdı

Sumqayıtda iki uşaq anası özünü binadan atdı
SOSİAL
11:09 21.10.2021
685
Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ş. Əliyeva ailəli olub, 2 övladı var.
OXŞAR XƏBƏRLƏR