Sumqayıtda qadının evinə silahlı basqın edilib

Sumqayıtda qadının evinə silahlı basqın edilib
SOSİAL
18:35 27.04.2022
401
Sumqayıtda qadının evinə silahlı basqın edilib.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində "BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gələn 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR