Sumqayıtda qadınlar üçün çimərlik açılır? –RƏSMİ AÇIQLAMA

SOSİAL
15:42 21.06.2016
2963
Ötən gün mətbuatda Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərliyin fəaliyyət göstərəcəyi ilə bağlı xəbər yayılmışdı.
Qeyd olunurdu ki, çimərlik Sumqayıt ərazisində istfadəyə veriləcək.
Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan çimərliyə kişilərin girişinə qadağa qoyulacaq. Çimərlikdə nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyəti isə bu məlumatı təkzib edib. İcra hakimiyyətinin mətbuat xidmətindən azvision.az-a verilən məlumatda qeyd olunub ki, hazırda Sumqayıt ərazisində belə bir çimərlik zonasının yaradılması planı yoxdur.
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR