Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
HADİSƏ
21:44 29.07.2025
270
Sumqayıtda qardaşlar arasında qanlı münaqişə baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

Münaqişə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə onun qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin versiyaya görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlindəki bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR