Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şosesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.