Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz İB" Sumqayıt QİS-dən bildirilib.
Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.