Sumqayıtda qətl - Keçmiş məhbus can aldı

Sumqayıtda qətl - Keçmiş məhbus can aldı
SOSİAL
12:55 27.09.2019
5412
Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR