Sumqayıtda qəzada gizir dünyasını dəyişib

Sumqayıtda qəzada gizir dünyasını dəyişib
Bütün Xəbərlər
00:23 17.03.2014
627
Bakı-Quba yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib. 
APA-nın məlumatına görə, 24 yaşlı İbrahimov Rauf Zöhrab oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçir. Gizir xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR