Sumqayıtda restoranda kloun öldü

Sumqayıtda restoranda kloun öldü
SOSİAL
17:02 03.11.2018
6591

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb. Hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

AZXEBER.COM "Report”a isitnadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda ölüm səbəbi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR