Sumqayıtda səkkiz yaşlı qız dördüncü mərtəbədən yıxılaraq öldü

Sumqayıtda səkkiz yaşlı qız dördüncü mərtəbədən yıxılaraq öldü
SOSİAL
14:31 05.09.2020
1363
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılıb.

Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR