Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtın H. Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.
Qəza nəticəsində "Mercedes"də olan 5 nəfərin öldüyü bildirilir.