Sumqayıtda tüstüdən 10 nəfər zəhərləndi

Sumqayıtda tüstüdən 10 nəfər zəhərləndi
HADİSƏ
23:18 21.03.2026
221
Sumqayıtda bayram tonqalına atılan maddə partlayış yaradıb.

AZXEBER.COM xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR