Üç xanım direktor vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

SOSİAL
12:31 09.10.2024
701
Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.
OXŞAR XƏBƏRLƏR