Sumqayıtda ürəkləri sızladan oğurluq - 10 yumurta, 2 çörək və 4 pampers

SOSİAL
14:50 22.08.2016
22216
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, ərazidə yaşayan şəxslərin savash.org-a verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib.Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers.
Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR