Sumqayıtda xeyriyyəçi İsgəndərovlar ailəsi

MARAQLI
14:35 29.11.2012
7239
Leyla Namazova
Azərbaycan ən gözəl ölkələrdən biridi.Vətənimizin bölgələri isə çox inkişaf edir, həm daxilən həm zahirən çox dəyişir. Hər yerdə yeni iş yerləri açılır, əhalinin problemləri necə lazımdı çözülür, yaşayış həyatı yaxşılaşır,Azərbaycanın paytaxtı Bakı kimi regionlar da gözəlləşir, bu da çox sevindirici bir faktordu. Artıq Azərbaycan hər yerdə tanınır hər yerdə hər bir konfransda öz sözünü deyə bilir, bizim regionlarımız da həmçinin hər yerdə demək olarki tanınır, turistlər Azərbaycana gələndə birinci növbədə istəyirlər qarış-qarış regionlarımızı gəzsin və oraları görəndə isə onların marağı bizim Yurda daha da çox artır, onlar Azərbaycana heyran qalırlar, təəsuratları  isə çox ürək açan olur, buna görə də bu inkişafa bu yüksəlişlərə görə Azərbaycan Respublikasinin Prezidenti Cənab İlham Əliyevin əvəzsiz və təkrar olunmaz rolu var. Bu nəailiyyətlərə görə də biz ona borcluyuq və daima minnətdar olacağıq.
İndi isə mən, Azərbaycanın ən gözəl dilbər güşələrindən biri olan Sumqayıt şəhərindən danışmaq istərdim. Sumqayıt böyük şəhərdi və çox sürətlə inkişaf edir. Demək olarki bu gənclər şəhəri günü-gündən dahada çox gəncləşir və gözəlləşir. Cənab İlham Əliyevin diqqəti, qayğısı və icra strukturlarına tapşırıq və tövsiyələri  nəticəsində bu şəhər daha da yüksəlir, hər yer abadlaşır, zavodlar, fabriklər, yeni müəssisələr istifadəyə verilir, parklar salınır, təhsil müəssisələri, xəstəxanal araçılır və çox böyük zövqlə təmir olunur, hər il burda çox təntənəli şəkildə şəhər günü qeyd olunur.
Bildiyimiz kimi Sumqayıt 1949-cu ildə yaranıb, regionlar içində ən gənc şəhərdi, ona Gənclər Şəhəri də deyirlər adətən. Cənab Prezidentimiz İlham Əliyev bura dəfələrlə səfər edib, və hər səfərində də çox xoş təəsuratlarla burdan ayrilib. O görəndəki onun tapşırıqları mükəmməl şəkildə yerinə yetirilir çox məmnun qalır.
Sumqayıtda insanlar da çox mehriban, qonaqpərvər və işgüzardı, şəhər qaynayır hamı öz işi ilə məşğul olur. Şəhərin çox böyük hörmətli və məhşur ailələri Sumqayitda böyük rol oynayır. O ailələri bütün şəhər tanıyır. Şəhərin inkişafında, ictimai, siyasi və mədəni həyatında onların yeri əvəz olunmazdı. Sumqayıtda ən məhşur ailələrdən biri olan İsgəndərovlar ailəsidi. Bu çox zəngin və sözü keçən ailədi, cəmiyyətdə onların xüsusi və özünə məxsus  yeri var və daima hörmət edilən bir ailədi. Zəngin olmalarına baxmayaraq çox sadə və mədənidilər. Bu ailənin başçısı yanı ağsaqqalı Sumqayit Ticarət Mərkəzinin (əvvəl Univermaq olub)müdiri Zaman İsgəndərovdu. Çox yaxşı insandı ehtiyacı olanlara əlindən gələn köməyi edir, şəhər sakinlərinin ona çox böyük hörməti var, əzəldən o çox əməksevən insan olub, pillə-pillə qalxıb bu yerə gəlib çatıb, bugün də çalışır ki hər işi uğurla getsin, çox zəhmətkeş insandı ömürboyu öz ailəsinin yaxınlarının qayğısına qalıb. Nəinki Sumqayıtda demək olarki bütün Azərbaycanda o tanınır və bir insan kimi bir ağsaqqal kimi hörmət olunur. Bir insan da var onun adını çəkmək çox vacibdi, Zaman müəllimin oğlu Nizami İsgəndərov. Bu ad çoxlarına tanışdı sabiq millət vəkili olub Nizami müəllim, indi isə böyük, tanınmış bir iş adamıdı. Sumqayıtda, Bakıda və digər şəhər, rayonlarda da onu tanıyırlar və sayqı ilə yanaşırlar. 2005-ci ildə O, 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən millət vəkili seçilmişdi, seçildiyi müddət ərzində o çox işlər görüb dəfələrlə seçiciləri ilə görüşüb onların problemlərini həll edib yoluna qoyurdu, bir neçə dəfə Sumqayıt gəncləri ilə görüşüb onları maraqlandıran suallara cavab verib mənalı məsləhətlərini də əsirgəməyib, onun seçki qərargahı daima sakinlərin seçicilərin üzünə açıq olub, hər hansı bir insan onun qəbuluna yazılırdısa mütləq onu qəbul edib problemini, dərdini dinləyib çalışırdı ona kömək etsin, o həmişə seçicilərin arasında idi, hər bayram onları təbrik edib köməklik göstərirdi, çox əli açıq, ürəyi yumşaq insandı Nizami müəllim. Bundan da əlavə çox mədəni, sözü bütöv və alicənabdı. Kasıblara əl tutan, ehtiyacı olan insanlara kömək edən, xəstələrə əllilərə, yoxsullara yardım əlini uzadan insandı.Hətta eşitmişəm ki bir dəfə bir qrup sakinlər, yəni  seçiciləri Nizami müəllimdən xahiş etmişdilər ki, onların yaşadıqları küçəyə asfalt salmağa köməklik etsin, Nizami müəllim bu məsələni tez bir zamanda həll etdi, onlara necə lazımdı köməklik göstərdi. Sakinlər isə ondan ürək dolusu razı qaldı. Belə xeyirxah işləri çox olub onun, indidə o vaxt etdiklərindən heç də az deyil, demək olarki ağız dolusudu. Bununla yanaşı həmçinin o ağıllı və savadlıdı, əsl hüquqşünasdı, onun ağlı və dərrakəsi özünü doğruldur, millət vəkili olan müddətdə Milli Məclisdə çox mükəmməl çıxışlar edirdi, layihələr hazırlayırdı, seçicilərin hüquqlarını, maraqlarını haqlarını müdafiə edirdi və hər dəfə onların problemlərini Parlamentdə qaldırırdı. Zənnimcə o, bəlkədə ən fəal və aktiv deputatlardan biri idi, seçicilərini heç vaxt unutmazdı, onlara qarşı çox diqqətçil idi.Bu gün də Sumqayıtda onun fəaliyyəti danılmaz bir faktdı, İcra Hakimiyyəti ilə birlikdə bəlkə də desək ondan da artıq şəhərin qayğısına qalır, abadlıq inkişaf işlərində onun çox böyük rolu var, dahi şairimiz Nizami Gəncəvinin Sumqayıtdaheykəli məhzonun səyləri nəticəsində və təklifləri əsnasında qoyulub, indi Nizami Gəncəvinin heykəli olan yer Sumqayıtın Torqovusu adlanır, həmin  Sumqayıt  Torqovusunda  park yerləşir, o parkı məhz Nizami müəllim xüsusi bir zövqlə salıb. Bir çox belə quruculuq işlərdə onun rolu böyükdü. Dostları onu sevir dəyərləndirir, düşmənləri isə ona paxıllıq edir. Yaxşı, ağıllı, imkanlı insanın həmişə düşmənləri olur. Nizami müəllimisə həmin insanlardandı. Nizami müəllim  təkcə siyasətçi, iş adamı deyil həmdə rəhbərdi, bəli Sumqayıt Ticarət Mərkəzinə (əvvəl Univermaq olub) bu gün o rəhbərlik edir, çox qəti, sözübütöv, tələbkar bir müdirdi, işçi heyyət ondan həm çəkinir həmdə bir rəhbər kimi hörmət edir, Nizami müəllim də həmçinin öz tərəfindən həmişə onların ümidlərini doğrultmağa çalışır, bu hörməti o çoxdan qazanıb, heç vaxt  öz işçilərini incitməyib, qəddar olmayıb, güldən artıq söz deməyib, hər zaman təmkinli, sakit, lütfkarlıqla onlarla davranıb və hər biri ilə öz dilində danışıb. Onun müdrik əqidəsi isə ona hər an, hər bir işində, hər bir yerdə kömək edir.Ümumiyyətlə o çox sadə və nəcib insandı böyük kiçik yerini biləndi, hamıya sayqı ilə yanaşır bu da onun kübar və samballı ailəyə məxsus olduğunu bildirir, bu insan həm də çox mərddi onun mərd hərəkətləri  də hamıya bəllidi.
İndiki vaxtda millət vəkili olmamasına baxmayaraq yenə də hamıya kömək edir istər öz keçmiş seçicilərinə istərsə də sıravi bir insana, insanlar ona müraciyyət edəndə məmnuniyyətlə onlara əl tutur nə lazımdırsa canla başla  edir. O insan heç vaxt  ona qarşı edilən yaxşılığı və hörməti unutmur və həmişə çalışır ki, o  gördüyü hörməti və yaxşılığı on qat artıqını qaytarsın.
Məqaləmin sonunda istərdim bir kəlam var onu deyim: “Əl tutmaq Əlidən (ə.s) qalıb”. Burda mən Cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın adını çəkmək istərdim, daima caamata kömək edirlər, onların mesenat və xeyirxah tədbirləri hər an göz qabağındadı.Hər zaman xalqa xidmət edir,millətin qayğısını çəkir və insanları daima sevindirirlər. Onların bir məqsədi bir arzusu bir istəyi var Azərbaycan xalqına daima xoşbəxt və firavan həyat bəxş etsin. Hətta qətiyyətlə deyə bilərəm ki onların bu xeyirxah işləri bütün hamıya yəni, imkanlı şəxslərə bir nümunə kimi olmalıdı. Prezidentimizin və onun xanımının bu xeyirxah missiyası hətta qürur duyulası və ruhlandırıcı bir faktor kimi olmalıdı. İmkansız insanlara daima köməklik əl tutmaq çox vacibdi, elə etmək lazımdıki, onların hər an üzləri gülsün və daima sevinc hissi ilə yaşasınlar, gəlin bizdə, Cənab İlham Əliyev, Mehriban xanım Əliyeva, yuxarıda qeyd etdiyim Zaman İsgəndərov, Nizami İsgəndərov və digər xeyirxah insanlardan, örnək götürək və köməyimizi heç vaxt köməyə ehtiyacı olan insanlardan əksik etməyək
Çalışın həmişə hamıya əl tutun, heç vaxt heç kimin gözünü yolda, heç kimin əlini uzadılmış qoymayın.
OXŞAR XƏBƏRLƏR