Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu

Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu
SOSİAL
10:22 24.11.2016
2406

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 


OXŞAR XƏBƏRLƏR