Sumqayıtda yeni təyinat: şöbə müdirinə yüksək vəzifə verildi

Sumqayıtda yeni təyinat: şöbə müdirinə yüksək vəzifə verildi
SOSİAL
17:55 10.08.2018
4717
Sumqayıt şəhər Səhiyyə şöbəsində kadr dəyişikliyi olub. 

AZXEBER.COM xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin baş pediatrı, uzun illər bu vəzifədə çalışmış Xalidə Quliyeva təqaüdə göndərilib. 

Onun yerinə isə pediatr Aynurə Həsənova təyin olunub.

Qeyd edək ki, A. Həsənova 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib. 

A. Həsənova son təyinata qədər Sumqayıt şəhər 1 saylı uşaq poliklinikasının məktəb və məktəbəqədər şöbəsinin müdiri işləyib. 

OXŞAR XƏBƏRLƏR