Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb
HADİSƏ
22:40 05.08.2025
197
Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR