Sumqayıtda yol qəzası olub, xəsarət alan var

SOSİAL
23:37 15.09.2024
233

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, "Lexus” markalı avtomobilin aşması nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. ‎

///Report

OXŞAR XƏBƏRLƏR