Sumqayıtda yol qəzasında bir polis öldü, xəsarət alanlar var

Sumqayıtda yol qəzasında bir polis öldü, xəsarət alanlar var
SOSİAL
00:48 17.12.2023
344

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR