Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
HADİSƏ
20:29 03.05.2025
630
Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

Hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi "İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
 
/Report
OXŞAR XƏBƏRLƏR