Sumqayıtda zəncirvari qəza olub

Sumqayıtda zəncirvari qəza olub
HADİSƏ
22:36 17.11.2024
697
Sumqayıtda zəncirvari qəza baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" əvvəlcə "Volvo" markalı minik avtomobilinə, sonra isə yolun kənarında dayanan daha 3 avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR