Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI
SOSİAL
10:32 29.04.2022
410
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Bu barədə AZXEBER.COM-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:

"Həyatları üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, yanğın başlayan kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR