Misli Premyer Liqasının IV turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.
AZXEBER.COM xəbər verir ki, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. Belə ki, İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.