Sumqayıtın 11 saylı bağçasında aylıq pul ödəməyənin uşağına kotlet verilmir - Valideynlərdən şikayət

Sumqayıtın 11 saylı bağçasında aylıq pul ödəməyənin uşağına kotlet verilmir - Valideynlərdən şikayət
SOSİAL
17:20 12.09.2017
11446
20 manata kotlet satılan bağça da var? 
Yeni mövsümün başlanması ilə əlaqədar Sumqayıtda bağçalarla da bağlı portalımızın elektron ünvanınlarına müəyyən müraciətlər daxil olur. Şikayətlər var ki, bağçaların birində uşaqlara kotlet vermək üçün valideynlərdən hər ay 20 AZN pul istənilir. Belə ki, "Günəş” 11 nömrəli körpələr evi uşaq bağçası barədə adlarının çəkilməsini istəməyən valideynlər tərəfindən saytımızın elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə şikayətlər daxil olub.

AZXEBER.COM xəbər verir ki, Xəbərlə.com-a açıqlamasında bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib:
"Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin”.

Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?!
7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik.

Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:

"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik.

Sumqayıtın 11 saylı bağçasında aylıq pul ödəməyənin uşağına kotlet verilmir?! - Valideynlərdən ŞİKAYƏT

Qeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb. Məktubun qısa mətnini diqqətinizə çatdırırıq:

Himayəmdə iki azyaşlı övladım var. Hər bir Azərbaycan vətəndaşı kimi övladımı ərazimizdə olan bağçaya qoymaq istəyirik. Ərazimizə yaxın olan bağçalar 5-ci mikrorayonda yerləşən 44 saylı və 1-ci mikrorayonda yerləşən 11 saylı bağçalardır. Amma heç birində yer yoxdur. Daha doğrusu yaxınlaşanda bizə belə deyirlər ki, yer yoxdur. Əslində məlumatımız var ki, "başqa yollar”la başqa ərazi və mikrayonlarda yaşayanlar gəlib uşaqlarını ora qoyurlar. Amma mən həmin ərazidə yaşaya-yaşaya övladımı bağçaya düzəldə bilmirəm. Onuda qeyd etmək istəyirəm ki, bu problemimiz demək olar ki 2 ildir davam edir. Mən övladımı baxçaya düzəldə bilmirəm. Deyirlər, get gələn il gələrsən. Gedirik, deyirlər yerimiz yoxdur. Bir sözlə, bizi dolayırlar.

Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 11 saylı bağçanın müdiri Esmira Behbudova ilə əlaqə saxladıq. O, qısa şəkildə iddiaları təkzib edərək, dəstəyi üzümüzə asdı: "Yalnış məlumatdır. Bütün suallarınızı mənə yox, İcra Hakimiyyətinə yönləndirməlisiniz". Xatırladaq ki, bir müddət öncə də digər əməkdaşımız Esmira xanıma zəng edəndə yenə kobudluq edərək telefonu söndürmüşdü.

Sözügedən məsələ ilə bağlı metodist Günel Qiyasova ilə əlaqə saxladıq. G.Qiyasova söylədi ki, suallarımızı icra başçısının müavini və məktəbəqədər təhsil müəssisələrinin kuratoru olan Sahib Quliyevə ünvanlayaq. Sahib Quliyevə gün ərzində dəfələrlə zəng etsək də, telefonumuzu götürən olmadı.
Xeberle.com olaraq, hadisə ilə bağlı aidiyyatı qurumların açıqlamalarını yayımlamağa hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR