Sumqayıtlıların nəzərinə: sabahdan marşrut avtobuslarında qiymətlər belə olacaq... - SİYAHI

Sumqayıtlıların nəzərinə: sabahdan marşrut avtobuslarında qiymətlər belə olacaq... - SİYAHI
SOSİAL
14:36 31.07.2018
7958
Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən,  metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Müəyyən olunan bu qiymətlər bütün regionlarda olduğu kimi, Sumqayıtda da tətbiq olunacaq. Sabahdan  Sumqayıt sakinləri şəhərdaxili hərəkət edən marşrut avtovuslarında 30 qəpik gediş haqqı verməli olacaqlar.  Buraya həmçinin, 9 və 30 saylı marşrutlar da daxildir.

Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutlarında gəldikdə isə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib. 

Məlumat üçün qeyd edək ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.

Buradan belə anlaşılır ki, Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutları əgər şəhərdaxilində də hərəkət edərsə, gediş haqqı 60 qəpik olacaq. 
 
İndi isə gələk digər marşrutlara. Qiymət artımından əvvəl Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən 3 saylı marşrutlarda gediş haqqı 25 qəpik idi. Qiymət artımından sonra isə bu məbləğ 40 qəpik olacaq.

Sumqayıtdan Yaşmaya doğru hərəkət edən 26 saylı marşrutlarda da qiymət dəyişikliyi olub. Artımdan öncə bir nəfər üçün gediş haqqı 50 qəpik idisə indi 85 qəpik olacaq. 
 
Bağlar istiqamətinə doğru hərəkət edən avtobuslarda gediş haqqı 25 qəpik idisə, qiymət artımından sonra gediş haqqı 40 qəpik olacaq. 

Kiçik bir araşdırma aparaq.  Qiymət artımından əvvəl  bir tələbə Sumqayıt avtovağzalına 20 qəpiyə gəlib, oradan isə Bakıya 40 qəpiyə gedirdi. Metrodan istifadə etdikdə isə daha 20 qəpiyindən keçməli olurdu.  Deməli  bir tələbə üçün mənzilbaşına çatmaq 80 qəpiyə başa gəlirdi. Belə olan təqdirdə ümumilikdə bir tələbə gün ərzində 1,6 manat xərcləməli olurdu.  Qiymət artımından sonra isə isə bu xərclərin məbləği 2,2 manat olacaq.

Bu isə bir tələbənin büdcəsinə 60 qəpik təsir göstərəcək. Ay ərzində isə bu məbləğ təxminən 12 manat edir.  Əvvəl 32 manatla bir tələbə paytaxta gedib gəlirdisə, indi 44 manat  xərcləməli olacaq. 

Bu isə 40 faiz artım deməkdir.
 
/// xeberle.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO