Süni intellekt həyatımızın ayrılmaz parçasına çevrilir - Bu sahələrdə də tətbiq ediləcək

Süni intellekt həyatımızın ayrılmaz parçasına çevrilir - Bu sahələrdə də tətbiq ediləcək
SOSİAL
14:31 13.02.2026
344
Süni intellekt son illərdə həyatımızın bir çox sahəsində geniş yayılıb. Süni intellekt insan düşüncəsinə bənzər şəkildə işləyən proqram və sistemlərdir. 

O, mətnləri anlayıb emal edə, şəkilləri tanıya, məlumatları təhlil edə və öyrənə bilir. Bu xüsusiyyətlərinə görə də bir çox sahədə işləri daha sürətli və asan görməyə kömək edir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Xüsusilə Amerika Birləşmiş Ştatları ilə texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanları genişlənir. 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, süni intellektin müsbət və mənfi tərəfləri mövcuddur:

"Süni intellekt təkrarlanan və monoton işlərdə iş səmərəliliyini artırır. Böyük verilənlər bazasından analizlər edərək daha doğru proqnozlar və qərarlar verir. Bir çox sahələrdə innovativ həllər təqdim edir. Kino və musiqi sahələrində yeni üsullar və təcrübələr təqdim edir. Süni intellektin mənfi tərəfləri isə qərarlarının necə verildiyi, şəxsi məlumatların necə qorunduğu və buna oxşar məsələlər etik narahatlıqlara yol aça bilməsidir. İnsanlar həyatlarını tamamilə süni intellektə etibar etməyə başladıqda, bu asılılıq sosial və psixoloji problemlərə səbəb ola bilər”.


O deyib ki, süni intellektin işsizlik yaratmaq potensialına malikdir:

"Süni intellektin inkişafı ilə bir çox işin avtomatlaşdırılması mümkündür. Məsələn, sürücüsüz avtomobillər, robotlar, avtomatlaşdırılmış müştəri xidmətləri və s. Əgər bir çox sənayedə işçilər yerinə Sİ texnologiyaları istifadə olunarsa, bu, müəyyən sahələrdə lokal olaraq, işsizlik yaratmaq potensialına malikdir. Xüsusilə, təkrarlanan və mexaniki işlərdə çalışan insanlar bu dəyişikliklərdən təsirlənə bilər. Bununla belə, yeni texnologiyalar da yeni iş yerləri yaratma ehtimalı var. Məsələn, Süni intellekt sistemlərinin inkişafı üçün daha çox proqramçı, məlumat analitikləri və mühəndislər tələb oluna bilər. Süni intellektin tamamilə hər bir şeyi əvəz etməsi mümkün olmasa da, əmək bazarındakı bəzi dəyişikliklərə səbəb olacağı qaçılmazdır”. 
B.Əliyev vurğulayıb ki, süni intellektin gələcəkdə daha da geniş sahələrdə istifadəsi gözlənili:

"Süni intellekt tibb müalicə, səhiyyə xidmətlərinin optimallaşdırılması, erkən xəstəlik diaqnozu üçün daha geniş istifadə ediləcək. Sürücüsüz avtomobillərin daha geniş yayılması, məşhurların və personajların təqlidini edən süni intellekt modelləri ilə yeni film və musiqilərin yaradılması kimi hadisələr var və genişlənəcəyini proqnozladırmaq mümkündür. Süni intellektin həyatımıza təsiri genişlənəcək və buna uyğun olaraq həm müsbət, həm də mənfi təsirlərin tarazlaşdırılması vacib olacaq. Əsas nəzərdən qaçmaması gərəkli olan məsələ süni intellektin etik istifadəsini dünya birliyi olaraq, ortaya qoymaq və icbari hala gətirməkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR