Türkiyə mediasında bir ilk: Süni intellekt xəbərləri belə təqdim etdi - VİDEO

Türkiyə mediasında bir ilk: Süni intellekt xəbərləri belə təqdim etdi - VİDEO
DÜNYA
11:44 20.04.2023
379
Türkiyədə sosial media hesabı vasitəsilə xəbər təqdim edən süni intellekt Alexa bülleteni müvəffəqiyyətlə və səhvsiz təqdim edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gələcəyi formalaşdıracağı deyilən süni intellekt son vaxtlar bir çox sahədə istifadə olunur. Bəzi ölkələrdə xəbər verməyə başlayan süni intellekt indi Türkiyədə də xəbər təqdim etməyə başlayıb.
  
Sosial mediada Robotvmedia kanalında yayımlanan verilişində "Alexa" həm milli, həm də beynəlxalq səviyyədə ən son yenilikləri görüntülərlə müşayiət edir.

Alexa Türkiyədəki seçki gündəmindən tutmuş son dəqiqə hadisələrinə, iqtisadiyyatdan texnologiyaya qədər bir çox kateqoriyada son xəbərləri paylaşaraq istifadəçilərinə ən son məlumatları çatdırır.

Alexanın hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi də diqqət çəkir. Klassik medianı gələcəyin texnologiyası olan süni intellektlə birləşdirməyi hədəfləyən layihə ilə jurnalistikanın hələ də sosial mediada aktiv və diqqətçəkən olması hədəflənir.
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR