Süni intellekt “xəstəliyin yoxdur” dedi, xərçəng aşkarlandı

Süni intellekt “xəstəliyin yoxdur” dedi, xərçəng aşkarlandı
MARAQLI
10:54 10.09.2025
417
İrlandiyada yaşayan 37 yaşlı Varren Tierney boğaz ağrısı və udqunma problemi səbəbindən həkim tərəfindən müayinə olunmaq əvəzinə süni intellektə (ChatGPT) müraciət edib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, süni intellekt onun simptomlarını ciddi qəbul etməyərək "problem yoxdur" cavabını verib.

Tierney buna güvənərək həkimə getməyi gecikdirib. Ağrılar dözülməz hala gələndə müraciət etdiyi həkimlər ona yemək borusu xərçəngi diaqnozu qoyublar. Xəstəlik artıq irəlilədiyi üçün həkimlər onun ömrünün təxminən 5 il olduğunu bildiriblər.

Tierney bildirib ki, süni intellekt insanlara "eşitmək istədiyi cavabı" verir, amma tibbi məsələlərdə həkim məsləhətinin əvəzini verə bilməz. 

Hadisədən sonra OpenAI AI texnologiyalarının tibbi diaqnoz üçün istifadəsinin yolverilməz olduğunu bir daha vurğulayıb.
OXŞAR XƏBƏRLƏR