Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama

Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
SOSİAL
11:56 25.09.2026
91
Ankarada süni intellekt vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ədliyyə naziri Akın Gürleklə birlikdə fotosunu hazırlayaraq paylaşan şəxs saxlanılıb. Məlumata görə, həmin şəxs bu görüntülərlə dövlət rəsmiləri ilə əlaqələrinin olduğu barədə yanlış təəssürat yaratmağa çalışmaqda şübhəli bilinir.

Bəs Azərbaycanda süni intellektlə hazırlanan saxta görüntülərlə bağlı hansı qaydalar mövcuddur?

Hüquqşünas Babək Umudov AZXEBER.COM-a açıqlamasında bildirib ki, süni intellektlə yaradılan vizual kontentin xarakterindən asılı olaraq cinayət, inzibati və ya mülki məsuliyyət yaranır:

"Azərbaycanda hazırda "Süni intellekt haqqında” ayrıca xüsusi qanun olmasa da, süni intellekt vasitəsilə yaradılan foto, video və audio materialların yayılması mövcud qanunvericilik çərçivəsində tənzimlənir. Belə kontentin hüquqa zidd istifadəsi, o cümlədən şəxsin nüfuzuna xələl gətirilməsi, saxtakarlıq və şantaj kimi hallar müəyyən məsuliyyət yarada bilər. Azərbaycan qanunvericiliyinə deepfake ilə bağlı xüsusi məsuliyyəti sərtləşdirən dəyişikliklər təklif olunub və bu sahədə hüquqi çərçivələr daha da daraldılır. Süni intellektlə yaradılan vizual kontentin xarakterindən və hansı məqsədlə istifadə olunmasından asılı olaraq cinayət, inzibati və ya mülki məsuliyyət məsələsi ortaya çıxır”.

O qeyd edib ki, şəkil və ya material bu hallarda cinayət tərkiblərindən birinə uyğun gəldiyi halda cinayət məsuliyyəti yaradır:

"Şəkil və ya material aşağıdakı cinayət tərkiblərindən birinə uyğun gəldiyi halda cinayət məsuliyyəti yaradır. Böhtan və təhqir: Süni intellekt vasitəsilə hazırlanmış şəkil ilə şəxsin şərəf və ləyaqətini alçaltmaq, onu ağır cinayət törətməkdə yalan yerə ittiham etmək və ya internetdə onun haqqında biabırçı məlumatlar yaymaq. Şəxsi həyatın toxunulmazlığının pozulması: Şəxsin razılığı olmadan süni intellekt vasitəsilə onun intim, fərdi və ya ailə həyatını əks etdirən saxta görüntüsünü (fotomontaj/deepfake) hazırlamaq və yaymaq. Hədə-qorxu ilə tələb etmə / şantaj: Süni intellekt vasitəsilə hazırlanmış biabırçı şəkli yaymaq hədəsi ilə şəxsdən pul, əmlak və ya hər hansı xidmət tələb etmək. Pornoqrafik materialların qanunsuz dövriyyəsi: Başqa şəxsin fotoşəkilləri əsasında süni intellekt vasitəsilə intim və ya pornoqrafik görüntülər hazırlamaq və yaymaq”. 

Hüquqşünas deyib ki, müxtəlif hallarda isə inzibati və mülki məsuliyyət yarana bilər: 

"Yalan, cəmiyyətdə təşviş yaradan, xuliqanlıq xarakterli və ya şəxslərin hüquqlarını pozan süni intellektlə hazırlanmış şəkilləri sosial şəbəkələrdə yaymaq inzibati məsuliyyət yaradır. Mülki məsuliyyət dedikdə isə şəxsin törətdiyi hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin məhkəmə qaydasında ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi başa düşülməlidir. Vurulmuş zərər şəxsin təsvirinin və ya digər biometrik məlumatlarının icazəsiz istifadəsi, eləcə də müəlliflik hüquqlarının pozulması formasında ola bilər. Bu hallarda zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək icazəsiz istifadə olunan məlumatların silinməsini, ondan üzr istənilməsini, məlumatların yayıldığı internet informasiya resursunda təkzib edilməsini, həmçinin ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

Babək Umudov vurğulayıb ki, süni intellektdən istifadə edərkən bəzi qaydalara əməl olunmalıdır:

"Tanıdığınız və ya tanımadığınız şəxslərin, eləcə də məşhurların şəkillərini süni intellekt generatorlarına yükləyərək kompromat, biabırçı və ya saxta ssenarilər yaratmamaq lazımdır. Əgər yaratdığınız şəkil çox real görünürsə və insanları aldada bilərsə, fotonun küncündə və ya şərh bölməsində onun "Süni intellekt vasitəsilə yaradılıb (AI Generated)” olduğu açıq şəkildə qeyd olunmalıdır. Dövlət başçıları, ordumuz, hərbi texnika və ya həssas siyasi mövzularda saxta görüntülər (fake news) hazırlayıb yaymaq milli təhlükəsizlik kontekstində araşdırma mövzusu ola bilər. Məşhur rəssamların və fotoqrafların eksklüziv əsərlərini generatora yükləyərək onların eynisini hazırlamaq və kommersiya məqsədilə istifadə etmək müəlliflik hüquqlarının pozulması hesab olunur və qadağandır. Süni intellekt vasitəsilə nifrət nitqi və ya dini/milli ədavəti qızışdıran görüntülərin yaradılması və paylaşılması birbaşa ağır cinayət tərkibi yarada bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
12:40 25.09.2026
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
12:28 25.09.2026
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
12:27 25.09.2026
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
12:25 25.09.2026
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
Prezident Kobaxidzeyə zəng etdi
12:08 25.09.2026
Prezident Kobaxidzeyə zəng etdi
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
12:07 25.09.2026
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
12:04 25.09.2026
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
11:59 25.09.2026
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
11:38 25.09.2026
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
11:21 25.09.2026
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?