"Süni intellektin ifası bəzi müğənnilərin ifasından yaxşıdır" - Əməkdar artist

"Süni intellektin ifası bəzi müğənnilərin ifasından yaxşıdır" - Əməkdar artist
MAQAZİN
11:26 09.12.2025
80
Əməkdar artist Zaur Əmiraslanov çıxışı ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni "İncə səhər" verilişində süni intellekt vasitəsilə məşhurlaşan mahnılardan danışıb.
 
Əməkdar artist bildirib ki, həmin ifalar bəzi müğənnilərin çıxışından daha yaxşıdır:
 
"İndi bilirsiniz ki, süni intellekt gözəl mahnılar yaradır. Köhnə ifaları yeniləyir. Ya qız, ya da oğlan səsi seçir və ifa edir. İnandırım sizi ki, onun ifası bəzi gündəmdə olan müğənnilərin ifasından daha yaxşıdır. Qoy elə süni intellekt oxusun, nəinki bəzi müğənnilər. Ən azından onun ifasında, danışığında, tələffüzündə səhvlər yoxdur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR