Süni intellektlə heyvanların demək istədiyini anlamaq mümkün olacaq

MARAQLI
14:19 31.01.2023
477

Yeni bir araşdırma süni intellektlə insanlar üçün heyvan nitqini tərcümə etməyə çalışır.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aslanın nəriltisi, ağacda quşların cırıltısı, atın kişnəməsi indi anlaşılan söhbətə çevrilə bilər.

Tədqiqatçılar heyvanların insanlara dediklərini başa düşmək və tərcümə etmək üçün süni intellektin təsirlərinə baxırlar.

Yer Növləri Layihəsi (ESP) adlı qeyri-kommersiya təşkilatı növlərarası ünsiyyətin gələcəyi üçün yol xəritəsi yaradıb.

ESP-nin həmtəsisçisi və prezidenti Aza Raskin ilk nəşr olunan araşdırmanın nəticələrinin yalnız ev heyvanları ilə məhdudlaşmayacağını, bütün növləri və ya ən azı mümkün qədər çox növləri əhatə edəcəyini söyləyib.

ESP həmçinin araşdırmanın təbiətə zərər verməyəcəyini və təhlükə yaratmayacağını və araşdırmanın etik qaydada aparılacağını bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR