Almaniyada süni intellektlə işləyən ilk radio studio ölkədə yayıma başlayacaq.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada yalnız süni intellektlə işləyən ilk radio stansiyası yayıma başlamağa hazırlaşır.
Məlumata görə, internet üzərindən yayımlanacaq kanalın adı "bigGPT" olaraq təyin olunub. Layihə ilə bağlı ABŞ-ın "Futuri Media” şirkəti ilə müqavilə imzalandığı bildirilib.
Radioda musiqi proqramları ilə yanaşı, xəbərlər və hava şəraiti ilə bağlı məlumatlar da ötürüləcək.
Şəbnəm