Avstraliyada ürək çatışmazlığından müalicə alan xəstə 100 gün ərzində tamamilə süni ürəklə yaşayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü ilin noyabrında 6 saatlıq əməliyyatla BiVACOR süni ürək transplantasiyası əməliyyatı keçirən 40 yaşlarında olan xəstə, orqan donoru tapılana qədər 100 gün yalnız bu cihazla həyatını davam etdirib.
ABŞ-də əvvəlki sınaqlarda xəstələr orta hesabla 27 gün ərzində donor ürək tapa bildiyi halda, Avstraliyada bu xəstə dünya rekordu qırıb.
Həyata keçirilən əməliyyat orqan transplantasiyası gözləyən xəstələr üçün ümid işığı olub.
Gülay